Bu balıqları ayda 3 dəfə  yesəniz xərçəng   sizə yaxın durmayacaq
26 avqust 2025 15:10 (UTC +04:00)

Bu balıqları ayda 3 dəfə yesəniz xərçəng sizə yaxın durmayacaq

Son araşdırmalar göstərir ki, balıq yemək qadınlarda uzunömürlülüyə və sağlamlığa ciddi təsir göstərə bilər. Ənənəvi olaraq diqqət daha çox iri balıqlara, məsələn, losos və tuna balığına yönəldilsə də, alimlər hesab edirlər ki, kiçik balıqlar eyni dərəcədə faydalıdır.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Araşdırmanın nəticələri

Yaponiyada aparılan genişmiqyaslı tədqiqatda 80 802 nəfər (34 555 kişi və 46 247 qadın) iştirak edib. Onların qidalanma vərdişləri sorğular vasitəsilə öyrənilib. 9 il ərzində 2 482 nəfər (1495-i xərçəngdən) dünyasını dəyişib.

Nəticələr göstərib ki, kiçik balıq yeyən qadınlarda ölüm riski xeyli aşağıdır.

Kiçik balığı ayda 1–3 dəfə yeyən qadınlarda ümumi ölüm riski 32%, xərçəngdən ölüm riski isə 28% azalır.

Onu həftədə 1–2 dəfə və daha çox yeyən qadınlarda ümumi ölüm riski 28–31%, xərçəngdən ölüm riski isə 29–36% azalır.

Niyə kiçik balıq faydalıdır?

Mütəxəssislər bildirirlər ki, kiçik balıq adətən tam halda – başı, sümüyü və daxili orqanları ilə birlikdə yeyilir. Bu isə onu kalsium, D və A vitaminləri ilə zəngin edir.

Bundan əlavə, sardina, ançous, kiçik skumbriya və seld kimi balıqlar omega-3 yağ turşuları və zülal baxımından da zəngindir. Bu maddələr sümük və immun sistemini möhkəmləndirir, ürək, əzələ və dəri sağlamlığını dəstəkləyir, maddələr mübadiləsini tənzimləyir, mxroniki iltihabı azaldaraq şəkərli diabet, ürək-damar xəstəlikləri və astma riskini aşağı salır.

Hansı balıqları almaq olar?

Ekspertlər ən əlçatan variant kimi sardina, ançous, kiçik skumbriya və seldi tövsiyə edirlər. Ən praktik seçim isə konservləşdirilmiş formadır. Bu məhsullar demək olar ki, bütün supermarketlərdə tapılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar