08 may 2021 18:11 (UTC +04:00)

Gəncədə iki maşın toqquşdu: ər-arvad...

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəktə olan “VAZ 21 011” markalı avtomobilin təkəri çıxıb. Bundan sonar avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ 2107”-nin sürücüsü,

49 yaşlı Rüstəmov Nəsib Mehdi oğlu və onun həmyaşıdı olan həyat yoldaşı Nağıyeva Aida Əli qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

# 2106
avatar

Oxşar yazılar