Gəncədə  güclü yanğın   başladı,   sakinlər köçürülür
28 mart 2024 23:17 (UTC +04:00)

Gəncədə güclü yanğın başladı, sakinlər köçürülür

Gəncədə Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. 

***
23:05

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin 10-yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi, həmçinin təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hazırda binanın dam örtüyünün söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınır. 

Yanğın nəticəsində binanın dam örtüyü tamamilə yararsız vəziyətə düşüb.  

Bina sakinləri təxliyə edilir.

# 7302
avatar

Oxşar yazılar