Gəncədə ər və arvad dəm qazından  zəhərləndi
18 aprel 2022 08:36 (UTC +04:00)

Gəncədə ər və arvad dəm qazından zəhərləndi

0

Gəncədə zəhərlənmə qeydə alınıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2071

Oxşar yazılar