Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Məshəti qəsəbəsində 41 yaşlı Babayev Elbrus və onun həyat yoldaşı, 38 yaşlı Bağırova Sahibə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.