Gəncədə dəhşətli hadisə baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, şəhər sakini Amil Musayev yaşadığı evin həyətində yerləşən hamamda üzərinə benzin tökərək özünü yandırıb.
Amil Musayev ailə üzvləri tərəfindən dərhal söndürülərək xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.