Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Orada yaşayan Aytac Məcidli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 10 bıçaq xəsarəti alan qadın dərhal əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, qadını həyat yoldaşı bıçaqlayıb.