Gəncədə çörək sexindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində yerləşən sexlərin birindən 4200 manat dəyərində xəmir qarışdıran aparat, elektron tərəzi və məişət əşyası, digər bir evdən isə kombi aparatı oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Gəncə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşad Qənbərov saxlanılıb.
Araşdırma aparılır.