Gəncədə binada  YANĞIN:   Sakinlər  təxliyə edildi   -  FOTO   - YENİLƏNİB
01 yanvar 2023 22:29 (UTC +04:00)

Gəncədə binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO - YENİLƏNİB

0

Gəncədə yaşayış binasında baş verən yanğın mənzillərdən birindəki mətbəxdən başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

"Dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda qeyd olunub.

Nazirlikdən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 22:20

Gəncə şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dayandırılan elektrik enerjisi bərpa olunub.

***

Saat 21:48

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 102 adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.

Binaya verilən elektirik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3199

Oxşar yazılar