Gəncədə baş vermiş bədbəxt hadisənin təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan alan yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində işıq dirəyi aşıb və yaxınlıqda olan 15 yaşlı yeniyetməni elektrik cərəyanı vurub.
Hazırda yeniyetmənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir və müalicəsi xəstəxanada davam etdirilir.
***
22:29
Gəncədə bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
15 yaşlı Ə.Qasımov elektrik cərəyanı ilə vurulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, azyaşlının vəziyyəti orta-ağırdır.