Gəncədə AĞIR QƏZA : 16 yaşlı sürücü və 13 yaşlı piyada öldü-YENİLƏNİB
05 dekabr 2021 15:10 (UTC +04:00)

Gəncədə AĞIR QƏZA: 16 yaşlı sürücü və 13 yaşlı piyada öldü-YENİLƏNİB

Gəncədə qəza nəticəsində ölənlərin və xəsarət alanların adı bəlli olub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sürücü 11-ci sinif şagirdi, 16  yaşlı Əlizadə Numan Namiq oğludur.

Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.

Xəsarət alanlar aşağıdakılardı:

2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu

2004-cü il təvəllüdlü  Bayramov İlkin  

2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu

 

 

***

Saat 14:39

Gəncədə baş verən ağır qəzanın təfərrüatları bəlli olub.

Lent.az APA-ya istinadən bildirir ki, sürücü avtomobillə yol kənarında azyaşlını vurduqdan sonra idarə etməni itirib, maşın ağaca çırpılıb.

Qəza nəticəsində piyada uşaq və sürücü həyatını itirib.

 

 

 

***

Saat 14:26

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb və daha 2 nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

# 4914
avatar

Oxşar yazılar