Gəncədə yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tereşkova adlan yaşayış massivində qeydə alınıb.
Sözügedən ünvanda yerləşən kərpic zavodunun ərazisinə tökülmüş quru ağacalar və kol yanıb.
Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.