Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ən məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1969-cu il təvəllüdlü R. Quliyeva yolu qarşı tərəfə keçmək istəyən zaman "Hyundai" markalı minik avtomobili onu vurub.
55 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq ağır kəllə beyin travması alan qadını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "Hyundai" markalı minik avtomobilinin vurduğu piyda Gəncə şəhər Birləşmiş xəstəxanasının tabeliyində fəaliyyət göstərən 2 saylı uşaq xəstəxanasının tibb bacısı olub.
Hadisə tibb bacısının işə gələn vaxtı baş verib. Faktla bağlı araşdırma aparılır.