Gəncədə intihar hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evlərin birində qeydə alınıb. 1969-cu il təvəllüdlü H.Abdulayev həmin ünvandakı yardımçı tikilidə özünü asıb.Onun meyti asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Meyti Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib. 53 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.