Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Lent.az-ın məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü E. Seyidov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
Zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 49 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.