Gəncə sakini külli miqdarda narkotiklə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Bəxtiyar Şəmsi Şəmkir rayon Dəllər qəsəbəsindəki Dəmiryolu Vağzalının peronunda saxlanılaraq şöbəyə gətirilib.
Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki torbadan 2 kq 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktla bağlı Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.
