Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Baş İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi narkotik vasitə əldə etməkdə şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb. Onların üzərlərinə baxış keçirilən zaman Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kiloqram 539 qram narkotik maddə olan heroin aşkar edilib.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.