Türkiyədə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhəri Bayraklı qəsəbəsində baş verib. 25 yaşlı yazıçı Tarık Yılmaz və 28 yaşlı Oğuzhan Alinin olduğu motosiklet anidən idarəetmədən çıxıb. Daha sonra dəmir baryerlərə çırpılıb.
Qəza nəticəsində gənc yazar yerindəcə keçinib. Dostu isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Qəza zamanı onların sərxoş olduğu iddia edilir.

Tarık Yılmaz
