Moskva yaxınlığındakı Podolskdakı evlərdən birində iki qızın meyiti tapılıb.
Lent.az-ın Rusiya mediasına istinadla xəbər verir ki, onların intihar etdiyi bildirilir.
Kollecdə oxuyan 18 və 19 yaşlı qızların meyitləri onlardan birinin yaşadığı evdə aşkar olunub.
Gənclər özlərini öldürməzdən əvvəl yaxınları ilə vidalaşmaq üçün məktub da yazıblar.