Gənc qadın qonaq gəldiyi evdə dəm qazından boğuldu 
22 yanvar 2022 21:51 (UTC +04:00)

Gənc qadın qonaq gəldiyi evdə dəm qazından boğuldu 

Biləsuvarda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bədbəxt hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. 
Saatlı rayon sakini, 2003-cü il təvəllüdlü Rəmsudə Əliyeva qonaq gəldiyi atası evində dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2207

Oxşar yazılar