Gənc oğlan qəzada  ÖLDÜ
23 mart 2022 03:16 (UTC +04:00)

Gənc oğlan qəzada ÖLDÜ

0

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Zabrat şossesində baş verib.

1989-cu il təvəllüdlü Kəramət Məmmədov yolu keçmək istəyərkən minik avtomobili onu vuraraq öldürüb.

Ölən şəxsin meyiti morqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1920

Oxşar yazılar