Gənc oğlan küçədə bıçaqlandı
19 yanvar 2022 04:47 (UTC +04:00)

Gənc oğlan küçədə bıçaqlandı

0

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.
1995-ci il təvəllüdlü Umarov Amil Füzuli oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı A.Umarov hər iki ayağından bıçaqlanıb.

Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1339

Oxşar yazılar