Ağsuda gənc oğlan suda batıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini 22 yaşlı Babayev Elmir Ariz oğlu süni göldə çimərkən boğulub. Onun meyiti bir gün sonra tapılaraq təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Elmir Babayev