İmişlidə intihara cəhd olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saat 04 radələrində qeydə alınıb. İmişli sakini, 19 yaşlı Əlizadə Xəyal Akif oğlu özünü dəmir yolu körpüsündən atıb. O, aldığı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.