Bakının Xəzər rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Rzayev Kazım İlham oğlu dava edərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.