Hindistanda gəlin toyuna bir neçə saat qalmış infarkt keçirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciəli hadisə Uttar-Pradeş ştatının Nupur Pinauni kəndində baş verib. Dikşa adlı qız Saurabh ilə evlənməli idi. Toydan əvvəl ənənəvi haldi mərasimi başlayıb, bu zaman gəlin və bəyin ən yaxın qohumları və dostları üzlərinə zerdeçal pastası çəkirlər. Mərasim hissəsindən sonra rəqsə start verilib.
Tezliklə qız özünü pis hiss edib, tualetə qaçıb, amma geri qayıtmayıb. Təşvişə düşən qohumlar onu axtarmağa gediblər və Dikşanı hamamın döşəməsində huşsuz vəziyyətdə tapıblar.
Həkimlər qıza kömək edə bilməyiblər. O, toya bir neçə saat qalmış dünyasını dəyişib. Sonradan məlum olduğu kimi, Dikşa bəzi ürək xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən Dehlidə müalicə olunub. Mərasim zamanı o, infarkt keçirib.