Gədəbəydə kişini elektrik cərəyanı vurub.
Lent.az xəbər verir ki, hadisə Zamanlı kəndində baş verib. Abşeron rayon Saray qəsəbə sakini 57 yaşlı Aslanov Fazil İsgəndər oğlu Gədəbəyin adı çəkilən kəndində özünə məxsus evə istirahətə gedib.
O, elektriklə işləyən su qurğusunu qoşmaq üçün zirzəmiyə enib. Burada qurğunu qoşarkən onu cərəyan vuraraq öldürüb.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.