Gədəbəydə qızıl mədənində baş verən yanğının təfərrüatları məlum olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın “Azerbaijan İnternational Mining Company Limited” şirkətinin qızıl mədənində flotsiya sexində elektrik naqillərində baş verən qısaqapanma səbəbindən baş verib.
Hadisə zamanı flotasiya sexinin divar örtükləri, 2 ədəd filter press avadanlığı, 30 metrlik konveyer, mühərriklər, nasoslar, elektrik şiti, kameralar yanıb.
Günorta saatlarında qeydə alınan yanğın ümumi sahəsi 2 100 kvadratmetr olan sexin 180 kvadratmetrini əhatə edib.
Yanğın zamanı zəhərlənən 8 nəfər - 41 yaşlı Ayaz Ələsgərov, 37 yaşlı Etibar Nəsibov, 34 yaşlı Elburus Alıyev, 29 yaşlı Füzuli Muxtarov, 44 yaşlı Anar Abdullayev, 40 yaşlı Anar Şirinov, 29 yaşlı Yusif Nuriyev və 44 yaşlı Rafiq Məmmədov Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsində ilkin yardım göstərilən şəxslər artıq evə buraxılıb.