Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.
Hərəkətdə olan "Niva" markalı minik maşını yoldan çıxaraq hasara çırpılıb.
Qəza zamanı sürücü - 78 yaşlı Əmrah İsrafilov hadisə yerində ölüb.
Onun həyat yoldaşı - 75 Zərqələm İsrafilova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu