Gədəbəydə müəllim və əri faciəvi şəkildə  öldü
08 aprel 2023 09:39 (UTC +04:00)

Gədəbəydə müəllim və əri faciəvi şəkildə öldü

Gədəbəydə evdən ər-arvadın meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə Moruxlu kəndində baş verib. 64 yaşlı Əliyev Oktay Həsən oğlu və 61 yaşlı arvadı Məmmədova Məryam İlyaz qızının meyitləri yaşadıqları evdə aşkar edilib.

Onların qazdan zəhərlnədiyi bildirilir. Məlumata görə, hadisə zamanı yataq otağında qaz sobası işlək vəziyyətdə olub. Oktay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməsə də, Məryam Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkar olunub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M. Məmmədova Moruxlu kənd məktəbinin müəllimidir. Əri O. Əliyev isə həmin mıəktəbin texniki işçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5637
avatar

Mehman Nəbiyev

Oxşar yazılar