Saatlı rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları pozuntunun qarşısını alıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.