Gecəyarı "Nissan"ı aşırdı,  sərnişini öldü
27 oktyabr 2022 15:05 (UTC +04:00)

Gecəyarı "Nissan"ı aşırdı, sərnişini öldü

Qobustanda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatıan görə, hadisə gecə saat 3 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi kəndindən keçən hissəsində qeydə alınıb. 29 yaşlı Məmmədov Xəyal Bayramşah oğlu Bakı istiqamətində hərəkətdə olarkən idarə etdiyi "Nissan X-Trail" markalı avtomobili aşırıb.

Nəticədə sərnişinlər, 40 yaşlı Mayılov Amil Həkimxan oğlu ölüb, 46 yaşlı Muradov Mahir Musazayid oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

# 1899
avatar

Mehman Nəbiyev

Oxşar yazılar