Bakıda gecə klubunda partlayışda xəsarət alan Gülbala Abdullayev vəfat edib.
TƏBİB-dən Lent.az-a bildirilib ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.
Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
Qeyd edək ki, mərhum gecə klunun aşpazı idi.