Gecə klubunda əməliyyat – 4 nəfər saxlanıldı
29 yanvar 2022 01:55 (UTC +04:00)

Gecə klubunda əməliyyat – 4 nəfər saxlanıldı

0

Bakının Nizami rayonunda polis əməliyyat keçirib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Qara Qarayev prospekti 61-B ünvanında yerləşən X-Life gecə klubunda Nizami Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Klubun  təşkilatçıları içəridə müştəri olarkən saat 00-dan sonra fəaliyyətlərini davam etdiriblər. Nizami Rayon Polis İdarəsinin əməkdaşları kluba daxil olub, 34 müştəri və klubun 4 təşkilatçısı polis idarəsinə aparılıb. Müştərilər barəsində inzibati protokol tərtib edilib. Təşkilatçılar isə saxlanılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2150

Oxşar yazılar