Gecə çayxana işlədən Polis Şöbəsinə aparıldı
27 mart 2021 14:58 (UTC +04:00)

Gecə çayxana işlədən Polis Şöbəsinə aparıldı

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında  gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Obyekt sahibi İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar