Füzulidəki  Mərkəzi kitabxana   yandı
05 fevral 2024 23:41 (UTC +04:00)

Füzulidəki Mərkəzi kitabxana yandı

Bu gün axşam saatlarında Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Yanğın qeyri-iş saatında baş verdiyi üçün xəsarət alan olmayıb. FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

Oxşar yazılar