Füzulidə AĞIR QƏZA:  2 ölü, 5 yaralı - FOTO
13 sentyabr 2023 09:55 (UTC +04:00)

Füzulidə AĞIR QƏZA: 2 ölü, 5 yaralı - FOTO

Füzulidə ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Qayıdış-5 qəsəbəsi ərazisində baş verib. Həsənov Şaiq Hiday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolun kənarındakı ağaca çırpıb. Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 23 yaşlı Məmmədov Fizuli Cehun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Digər sərnişinlər 20 yaşlı Məmmədov Abid Elşən oğlu, 21 yaşlı Zamanov Rəhim Arzuman oğlu, 22 yaşlı Aslanov Cavanşir Rauf oğlu, 21 yaşlı Əhmədov Rövşən Xaləddin oğlu və 23 yaşlı Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4191
avatar

Mehman Nəbiyev

Oxşar yazılar