Martın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının iclas zalında Azərbaycan Prezidentinin 12 avqust və 6 sentyabr 2021-ci il tarixli sərəncamları ilə Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanaraq təltif edilmiş idmançıların və məşqçilərinin mükafatlandırılma mərasimi keçirilib.
Lent.az xəbər verir ki, Azərbaycan idmançılarının və məşqçilərin təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
Təltif olunanlar arasında karate idman növündə Azərbaycanın əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə ilk SSRİ çempionu və SSRİ idman ustası, iki qat dünya çempionu, Avropa çempionu, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adlarının və 8-ci dan qara kəmər sahibi, Azərbaycan Karate Federasiyaları Assosiyasiyasıının 1-ci vitse prezidenti və Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdə olub.
Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkarlıq fəaliyyətinə, idmanın inkişafındakı səy və xidmətlərinə, ölkəmizin idmançılarının karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil edilməsinə, özünün yüksək nəticələri və digər nəaliyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, cənab prezidentin 2015-ci ildə “Fəxri diplomu” ilə də təltif edilib.
Füzuli Musayev hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubuun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, kütləvi idmanın inkişafı, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.