"Ford"la “Jiquli” toqquşdu, 1 nəfər öldü  - YENİLƏNİB
09 oktyabr 2023 21:46 (UTC +04:00)

"Ford"la “Jiquli” toqquşdu, 1 nəfər öldü - YENİLƏNİB

0

Qəbələ baş vermiş qəzanın bəzi detalları aydın olub. 

Lent.az APA-ya istinadla xəbər verir ki, “Ford” markalı avtomobili Qəbələ rayonu Xırxatala kənd sakini Zeynalov Hacıalı Comərd oğlunun idarə etdiyi məlum olub. “VAZ-2107”də isə Ağdaş rayonunu sakinləri olublar.

Ilkin məlumata əsasən qəza nəticəsində “VAZ-2107”də  olan Ağdaş rayon sakini, 27 yaşlı Elşad Məmmədov dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.
 

***

21.11

Qəbələdə ağır avtomobil qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb. 

“Ford” markalı mikroavtobus “VAZ-2107” markalı avtomobillə toqquşub. İlkin məlumata əsasən hadisə nəticəsində dünyasını dəyişən var. 
Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5620

Oxşar yazılar