Fırıldaqçılar  COVID sertifikatından   milyonlar qazandılar
18 dekabr 2021 17:31 (UTC +04:00)

Fırıldaqçılar COVID sertifikatından milyonlar qazandılar

Ukraynada bir neçə tibb müəssisəsinin rəhbərlərini və həkimləri birləşdirən bir qrup fırıldaqçı, hüquq-mühafizə orqanlarının əməkdaşları yaxalayana qədər COVID-19-a qarşı saxta peyvənd sertifikatları sataraq, bundan milyonlarla qrivna qazanıblar.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, sxemi ölkənin Təhlükəsizlik Xidmətinin əməkdaşları aşkar edərək aradan qaldırıb.

“Qanunsuz fəaliyyətin iki paytaxt sakini tərəfindən təşkil olunduğu müəyyən edilib. Sxemi həyata keçirmək üçün onlar ölkənin müxtəlif bölgələrindən bir neçə tibb müəssisəsinin rəhbərini və 6 ailə həkimini cəlb ediblər”, - məlumatda qeyd edilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, cinayətkar şəbəkə ayda saxta peyvəndlərin satışından 5 milyon qrivnadan (13,6 milyon rubldan çox) çox gəlir əldə edib.

Peyvəndləmə haqqında məlumatların dövlət xidmətlərinin “Diya” elektron sisteminə daxil edilməsi vacibdir. Belə bir qeyd 3000-4500 qrivna (8 ilə 12 min rubl arasında) üçün verilə bilər. Hüquq-mühafizə orqanları hər ay iki minə qədər ukraynalının bu sxemə əsasən “peyvənd edildiyini” məlumat verib.

Faktla bağlı istintaq davam edir. Təhlükəsizlik xidməti qanunsuz fəaliyyətlə məşğul olan bütün şəxsləri qanun qarşısında məsuliyyətə cəlb etmək niyyətindədir. Onları böyük miqdarda cərimə və 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar