Qaxda bağda fındıq yığan 30 yaşlı kişini ilan sancıb.
Lent.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Qax şəhər sakini Şaban İsmət oğlu Bilalov ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub ki, Ş. Bilalov fındıq yığan zaman ilan qəfildən onun sol əlindən sancıb.
Ş. Bilalova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Vüqar Heydərov