Antalyada narkotikin fəsadlarından bəhs edən “Qopdum bu həyatdan” filmindəki oyunçu Ayhan Akgün dünyasını dəyişib.
Lent.az xəbər verir ki, 19 yaşlı aktyor real həyatda da narkotikdən dünyasını dəyişib.
Filmdə gənc narkotik istifadəçisini canlandıran Akgün ssenariyə uyğun olaraq anasına və dostlarına məktub yazaraq ölür. Lakin film hələ yayımlanmamış onun elə real həyatda narkotikdən öldüyü xəbəri yayılır.
Hadisə 2 həftə əvvəl Muratpaşa rayonunun Kızılsaray məhəlləsində baş verib. Ayhan Akgündən xəbər ala bilməyən dostları mənzilində gəncin cansız bədəni ilə qarşılaşıblar.
Məhkəmə Tibbi Ekspertizasından sonra onun təxminən 1 həftə əvvəl narkotikdən öldüyü müəyyən edilib.