FHN: Su basmış ərazilərdə 25 nəfər xilas edilib - VİDEO
21 mart 2022 11:59 (UTC +04:00)

FHN: Su basmış ərazilərdə 25 nəfər xilas edilib - VİDEO

0

Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.

FHN-dən Lent.az-a verilən məlumata görə, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və qarlı-şaxtalı havada Cəbrayıl şəhərində 1 və Cəlilabad rayonunun Kövüzbulaq kəndində 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1562

Oxşar yazılar