FETÖ-nün Azərbaycan və Mərkəzi Asiya üzrə məsul şəxsi HƏBS EDİLDİ
16 avqust 2023 16:13 (UTC +04:00)

FETÖ-nün Azərbaycan və Mərkəzi Asiya üzrə məsul şəxsi HƏBS EDİLDİ

0

Türkiyədə Azərbaycan və Mərkəzi Asiya üzrə məsul şəxs sayılan FETÖ üzvü Orxan İnandının məhkəmə prosesi baş tutub.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğundan bildirilib.

Ankara 23-cü Ağır Cəza Məhkəməsində prokuror O.İnandı üçün 15 ildən 22 il 6 aya qədər həbs cəzası istəyib. Məhkəmə qərarını açıqlayaraq, İnandıya “silahlı terror təşkilatını idarə etmək” ittihamı ilə 21 il həbs cəzası verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5516

Oxşar yazılar