Əziz Orucova hökm oxundu -  YENİLƏNİB
26 fevral 2025 13:39 (UTC +04:00)

Əziz Orucova hökm oxundu - YENİLƏNİB

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əziz Orucova 2 il həbs cəzası təyin olunub.

***

13:24

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Əziz Orucov dövlət ittihamçısı çıxış edib.

Prokuror ona 2 il 6 ay həbs cəzası istəyib.

Xatırladaq ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar