Ruslan Mustafayev
04 dekabr 2021 12:49 (UTC +04:00)

Ruslan Mustafayev

Əvvəl işlədiyi dükandan 63 minlik OĞURLUQ ETDİ

Salyan rayon sakini İslam Ağayev Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs cari ilin sentyabr-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda mağazada tikinti materiallarının satışından əldə olunan pulların saxlanıldığı otağa paltarını dəyişmək adı ilə daxil olaraq ümumilikdə mağaza sahibinə məxsus 63.000 manat pulu gizli yolla oğurlayıb.

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27726
avatar

Oxşar yazılar