Evindən 3 kiloqramdan çox QURUDULMUŞ MARİXUANA ÇIXDI
12 may 2021 16:15 (UTC +04:00)

Evindən 3 kiloqramdan çox QURUDULMUŞ MARİXUANA ÇIXDI

0

Lənkəranda yaşayış evində3 kiloqramdan artıq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1511

Oxşar yazılar