Cəlilabadda karantin rejimini pozaraq toy məclisi təşkil edənlər müəyyən olunub.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhər sakini C.Quliyevin karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə özünə toy məclisi keçirdiyi müəyyən edilib.
Polis əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah ediblər.
12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.