Evə təmir üçün çağırılan  usta   öldü
09 avqust 2023 16:18 (UTC +04:00)

Evə təmir üçün çağırılan usta öldü

Gənc “santexnik”  çağırış əsasında gəldiyi mənzildə ölüb.                                                                                                                                                       Lent.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə Moskvada baş verib. Qeyd olunur ki, yerli sakin səhər saatlarında evində problem aşkarlayıb və usta çağırıb. O gəldikdən sonra problemlə məşğul olub. Bir müddət sonra mənzil sahibi santexnikin nəfəs almadığını görüb və bundan şübhələnərək polis və təcili yardım çağırmaq qərarına gəlib.

Hadisə yerinə gələn həkimlər ustaya heç bir köməklik göstərə bilməyib və yalnız onun ölümünü təsdiqləyiblər.

İlkin məlumata görə, kişi ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da onun bədənində xəsarət aşkar etməyiblər və hazırda santexnikin ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar