Türkiyənin Kocaeli vilayətində bina sakinləri səs-küy səbəbilə polisə müraciət edib.
Lent.az yerli KİV-ə istinadən bildirir ki, şikayət əsasında mənzilə gedən iki polis əməkdaşı gözlənilməz hərəkətlə üzləşiblər. Belə ki, evdə olan şəxslər polislərə hücum edərək, birini çənəsindən, digərini isə qarın nahiyəsindən yaralayıb.
Hadisəni törədən şəxslər dərhal saxlanılıb, araşdırma aparılır.